GÜLƏR ƏHMƏDOVA: ƏVƏZ ZEYNALLINI MƏN HƏBS ETDİRMƏMİŞƏM

Sabiq deputat Gülər Əhmədova “Bizim Yol” qəzetinə 11 yanvarda verdiyi geniş müsahibəsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını həbs etdirmədiyini bəyan edib. G. Əhmədova Əvəz Zeynallının həbsinin onun şikayəti ilə bağlı olmadığını, cinayət işində başqa ittihamların olduğunu, özünün isə bu işdə şahid kimi adı keçdiyini bildirib.
Əvəz Zeynallının vəkili Elçin Sadıqov isə “Bizim Yol”a açıqlamasında keçmiş deputatın söylədiklərini təkzib edib. Onun söylədiklərinə görə, 2011-ci ilin oktyabrın 19-da Əvəz Zeynallıdan birinci şikayəti Gülər Əhmədova verib və baş redaktor bu şikayət əsasında həbs olunub.

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayının 28-də həbs olunarkən deputat Gülər Əhmədovanın Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciəti əsasında ona qarşı Cinayət məcəlləsinin 311.3.3-cü (Külli miqdarda rüşvət tələb etmə) və 311.3.4-cü (Hədə-qorxu tətbiq olunmaqla rüşvət tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 306 (məhkəmə qərarını icra etməmə) və 213-1 maddəsi ilə ittiham irəli sürülüb.

Bir çox yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və onun hakimiyyətə qarşı sərt tənqidi yazılarına görə siyasi sifariş əsasında həbs olunduğunu bəyan edirlər.

Previous Post

ƏVƏZ ZEYNALLI MƏHKƏMƏYƏ VƏSATƏTLƏR VERİB

Next Post

HİLAL MƏMMƏDOVUN MƏHKƏMƏSİ QİSMƏN QAPALI KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.