QƏZETİN RƏHBƏRLİYİ YARANAN TƏHLÜKƏ İLƏ BAĞLI DÖVLƏT QURUMLARINA MÜRACİƏT EDİB

“Yeni Müsavat” qəzetinin rəhbərliyi bu gün Daxili İşlər naziri Ramil Usubova müraciət edib: “Müraciətdə qəzetin əməkdaşının həyatına  və bütövlükdə redaksiya ətrafında yaranan təhlükə ilə bağlı müəyyən tədbirlərin görülməsi nazirdən xahiş olunub.

Mən məsələ ilə əlaqədar Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilə də əlaqə saxlamışam və ondan məsələnin ciddiliyini nəzərə almasını və  bu barədə nazirə məruzə etməsini xahiş etmişəm. Lakin o bəhanə gətirərək qeyd etdi ki, guya mənim ona verdiyim məlumatlar kifayət qədər detallı olmadığı üçün nazirə müraciət etməyə çətinlik çəkirlər”. Bunu RATİ-nin əməkdaşı ilə söhbətində qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan bildirib.
 Xatırladaq ki, qəzetin 28 fevral tarixli sayında dərc edilən ”Fazil Məmmədovla bağlı faktlar toplanır” sərlövhəli yazıdan  sonra yazının müəllifi təhdid edilmişdi. Naməlum şəxslər redaksiyaya zəng vuraraq, yazının müəllifini axtarmış, onun koordinatları ilə maraqlanmışdılar.

Previous Post

İNTERNET ŞURASININ ƏSASNAMƏSİNİN BİR NEÇƏ MÜDDƏASI SÖZ AZADLIĞINI MƏHDUDLAŞDIRIR

Next Post

JURNALİSTİN VERDİYİ VƏSATƏTLƏRDƏN BİRİ QİSMƏN QƏBUL OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.