İNTERNET ŞURASININ ƏSASNAMƏSİNİN BİR NEÇƏ MÜDDƏASI SÖZ AZADLIĞINI MƏHDUDLAŞDIRIR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternet Şurasının yaradılması barədə fikirlərə münasibətini  öyrənmək üçün  fevralın 29-da RATİ Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzlə əlaqə  saxlamışdı.

O, bildirmişdi ki,  Şuraya  üzv olmaq haqda onlara dəvət gəlib. Lakin Şuranın Əsasnaməsində üç müddəa var ki, ictimai təşkilat olaraq onların Şurada iştirakını  əngəlləyir.  
             O. Gündüzün dünən “Turan” İnformasiya Agentliyinə verdiyi açıqlamada həmin müddəaların nədən ibarət olduğunu bildirib:
 –     Əsasnamə bəzi informasiyaların məhdudlaşdırılmasını nəzərdə tutur.
–    Koordinasiya Şurasında QHT-lərə ancaq müşahidəçi statusu verilib və onların qərarlara təsir mexanizmi olmayacaq.
–    KŞ-nın qərarları qeyd- şərtsiz yerinə yetirilməlidir.
 Gündüz hesab edir ki, bu söz azadlığının məhdudlaşdırılmasına səbəb olacaq.
         * RATİ bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə informasiya sorğusu göndərib. İnformasiya sorğusunda Nazirlik yanında yaradılmış Koordinasiya Şurasına hansı QHT-lərin daxil olması, üzv olmaq üçün tələb olunan meyarlar və RATİ-nin həmin Şurada iştirakının mümkün olub- olmaması soruşulur.

Previous Post

“YENİ AZƏRBAYCAN” QƏZETİNDƏ YOXLAMALAR APARILIR

Next Post

QƏZETİN RƏHBƏRLİYİ YARANAN TƏHLÜKƏ İLƏ BAĞLI DÖVLƏT QURUMLARINA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.