JURNALİSTİN VERDİYİ VƏSATƏTLƏRDƏN BİRİ QİSMƏN QƏBUL OLUNUB

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin RATİ-yə verdiyi məlumata görə, onun Binəqədi rayon 7-ci polis bölməsinə təqdim etdiyi iki vəsatətdən yalnız biri qismən qəbul olunub.

Vəsatətdə cinayət işinin açılıb-açılmaması ilə bağlı sənədlərin surətlərinin və ekspertiza rəyinin jurnalistə verilməsi, jurnalistin döyülməsinə dair videogörüntülərin və aldığı xəsarəti əks etdirən fotoların iş materiallarına əlavə olunması xahiş olunurdu. Videolent iş materiallarına əlavə edilsə də, digər vəsatətlər qəbul olunmayıb.
Polis bölməsində təhqiqatçı Elnur Əliyev jurnalistlə söhbətində bildirib ki, “sizin verdiyiniz və bizim tərəfdən qəbul olunan vəsatətdə cinayət işinin açılması üçün faktlar var. Və yaxın günlərdə iş yenidən prokurorluğa təqdim olunacaq”.
Aqil Xəlil  onu da əlavə etdi ki, işi süni şəkildə yubadan hüquq-mühafizə orqanları barədə tədbir görülməsi xahişi ilə bu gün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Previous Post

QƏZETİN RƏHBƏRLİYİ YARANAN TƏHLÜKƏ İLƏ BAĞLI DÖVLƏT QURUMLARINA MÜRACİƏT EDİB

Next Post

ATƏT HAKİMLƏR ÜÇÜN DİFFAMASİYA İLƏ BAĞLI SEMİNAR TƏŞKİL EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.