JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI MATERİALLARIN HARADA OLMASI MƏLUM DEYİL

“Azadlıq” qəzetinin  əməkdaşı Aqil Xəlilin döyülməsi ilə bağlı araşdırma materialları Binəqədi Rayon Prokurorluğundan yenidən 7-ci polis bölməsinə göndərilib. Bu barədə RATİ-yə məlumatı səhər saatlarında Binəqədi Rayon Prokurorluğunun dəftərxanasından veriblər.

Məsələyə aydınlıq gətirmək üçün gün ərzində  7- ci polis bölməsinin dəftərxanası və bölmənin təhqiqatçısı Elnur Əliyevlə əlaqə saxlamaq istəsək də, zənglərə cavab verilməyib.       
Jurnalistin özünün RATİ-yə verdiyi məlumata görə, o da materialların polis bölməsində və ya prokurorluqda olmasını dəqiq bilmir. Aqil Xəlil əlavə etdi ki, bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov onunla əlaqə saxlayıb və məsələni diqqətdə saxladığını bildirib. RATİ-nin əməkdaşı ilə söhbətində Amaşov vurğulayıb ki, “biz bu gün məsələ ilə məşğul olan bütün orqanlarla, polis bölməsi, prokurorluq və bu orqanların rəhbərliyi ilə əlaqə saxlamışıq və bizə birmənalı qaydada bildiriblər ki, məsələ nəzarətdədir, qanunu pozmuş şəxslər cəzalandırılacaq”.
Previous Post

TOMAS HAMMERBERQ AZƏRBAYCANDA MƏTBUATIN VƏZİYYƏTİ HAQQINDA DANIŞIB

Next Post

PROBLEMLƏRİN BÖYÜK BİR HİSSƏSİ SÖZ VƏ MƏTBUAT AZADLIĞI İLƏ BAĞLIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.