MAHAL İSMAYILOĞLU APELLYASİYA ŞİKAYƏTİ VERİB

“Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu Abşeron rayon Məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayəti verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, Sumqayıt Apellyasiya Məhkəməsinə verilmiş şikayətdə M.İsmayıloğluna bəraət istənilib.

Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında 27 iyun 2008-ci ildə polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna cinayət işi açılmış və 1 iyul 2009-cu il tarixdə Abşeron rayon məhkəməsində CM-nin 127 (qəsdən sağlamlığa az zərər vurma), 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3–cü (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) maddələri ilə təqsirli bilinərək, 2 il azadlıqdan şərti məhrumetmə ilə cəzalandırılıb.
M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını və barəsində sifarişli hökm çıxarıldığını iddia edir.

Previous Post

“SƏNƏT QƏZETİ”NİN BAŞ REDAKTORU POLİSƏ ÇAĞIRILIB

Next Post

HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİ AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARININ İCRA VƏZİYYƏTİ İLƏ BAĞLI HESABAT HAZIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.