MAHAL İSMAYILOĞLU BU AXŞAM POLİSDƏ OLACAQ

Jurnalist Mahal İsmayıloğlu bu gün (07 iyun) Abşeron Rayon Polis Şöbəsinə çağırılıb.

Bu haqda RATİ-yə məlumat verən M. İsmayıloğlu bildirdi ki, ondan saat 20:00-da polisdə olması istənilib:  “Dünən müstəntiq Aqil Ələsgərov mənə zəng edərək şöbəyə gəlməyimi istədi. Bu gün mən vəkilim Elçin Sadıqovla birlikdə bölməyə gedəcəyəm”.

Xatırladaq ki, M. İsmayıloğlu iyunun 27-də  Abşeron Rayon Polis Şöbəsinə  çağırılmışdı.  Bölmədə ona qarşı  Daxili İşlər Nazirliyində işləyən bağ qonşusu Vahid İmanov tərəfindən şikayət daxil olduğunu bildirmişdilər. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Jurnalist isə ona qarşı bu qəbildən olan şikayətin birbaşa yazdığı yazılara görə olunduğunu iddia edir.

Qeyd edək ki, Mahal İsmayıloğlu uzun illər rəsmi dövlət qəzeti – Prezidentin İcra Aparatının orqanı  olan "Xalq qəzeti"ndə baş redaktor vəzifəsində çalışıb. 2002-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Hal-hazırda "Yeni Müsavat" qəzetində köşə yazıları ilə çıxış edir.

Previous Post

QƏNİMƏT ZAHİDOVU TUTDURAN QADIN OĞURLUĞA GÖRƏ AXTARIŞDADIR

Next Post

HAKİM AQİL XƏLİLİN VƏKİLİNƏ BİR NEÇƏ ŞAHİDƏ SUAL VERMƏYİ QADAĞAN ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.