MTN EUROVISİON-2009 YARIŞMASINDA ERMƏNİSTAN TƏMSİLÇİSİNƏ SƏS VERİLMƏSİNƏ GÖRƏ İZAHAT ALINDIĞINI TƏSD

“Eurovision-2009” müsabiqəsi zamanı Ermənistandan olan ifaçıya səs verən şəxsdən izahat alınmasını Milli Təhlükəsizlik Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı bir neçə gün öncə mətbuata bildirmişdi ki, may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılmış və şöbənin əməkdaşı Ceyhun Süleymanov ondan izahat almışdır. MTN-in adıçəkilən əməkdaşı BBC radiosunun Azərbaycan xidmətinə izahatalma faktını təsdiq edib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında mövcud münasibətlər baxımından bu, məqbul profilaktiki prosedurdur: "Ona heç bir təzyiq edilməyib və biz sadəcə onun hərəkətinin səbəbi ilə maraqlanmışıq. Sadəcə söhbət etmişik. Bir vətəndaş kimi maraqlıdır ki, nə əcəb səs verib ona".  
“Eurovision” müsabiqəsinin Azərbaycandakı təşkilatçısı olan İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov isə bildirib ki, “Eurovision” müsiqi yarışmasıdır və orada səs verənlərin qərarlarının motivlərini araşdırmağa ehtiyac yoxdur: "Bu, musiqi aləmidir. Musiqi bəlkə də dünyada insanları birləşdirən yeganə ən mühüm bir vasitədir. Ona görə kimin kimə səs verməsi, araşdırma mövsuzu olmamalıdır" – deyəb İ.Ömərov əlavə edib ki,  bu hadisənin Azərbaycanla “Eurovision” Komitəsi arasında əməkdaşlığa mənfi təsir etməyəcəyinə ümid edir.
Xatırladaq ki, politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu da “Eurovision-2009” müsabiqəsi zamanı Ermənistandan olan ifaçıya səs verdiyinə görə avqustun 6-da telefon vasitəsilə MTN-in Nəsimi rayon şöbəsinə çağırılmış, lakin rəsmi çağırış gəlmədiyinə görə, politoloq oğluna şöbəyə getməyə icazə verməmişdi.

Previous Post

SABAH MAHAL İSMAYILOĞLUNUN APELYASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Next Post

NOVRUZƏLİ MƏMMƏDOV DOĞULDUĞU KƏNDDƏ DƏFN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.