ZAHİDİN BAYILDA YAZDIĞI KİTABIN ƏLYAZMASI QANUNSUZ OLARAQ MÜSADİRƏ EDİLİB

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) 1 saylı Bayıl İstintaq Təcridxanasında cəza çəkərkən yazdığı kitabın əl yazmaları qeyri-qanuni olaraq müsadirə edilib.

Bu barədə RATİ-yə dünən (1 iyun) baş redaktorla 17 saylı cəzaçəkmə müəssisəsində görüşən həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib.
”Azərbaycanın müasir tarixindən bəhs edən kitabı Bayıl İstintaq Təcridxanasının  rəisi Misir Əliyev oxumaq adı ilə müəllifdən alıb. Daha sonra isə o, kitabı geri qaytarmayıb. Biz Əliyevlə əlaqə saxladıq. O, bizə kitabın onda olmadığını və əlyazmaların Ədliyyə Nazirliyi Məhkəmə Qərarları Xidmətinin Baş İdarəsinə verdiyini söylədi. Buna səbəb kimi kitabda Heydər Əliyev və İlham Əliyevin əleyhinə yazıların olması göstərilir”, – deyə qeyd edən A. Mürsəliyevanın sözlərinə görə, əgər əlyazmalar müəllifə  qaytarılmasa bu halda məsələ ilə bağlı məhkəməyə müraciət ediləcək.
Habelə həyat yoldaşı baş redaktorun səhhəti ilə bağlı heç bir problemin olmadığını, saxlanma şəraiti və həbsxana administrasiyasının ona qarşı münasibətindən heç bir şikayətinin olmadığını deyib.

Previous Post

NƏHAYƏT ATASI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞƏ BİLDİ

Next Post

ALİ MƏHKƏMƏ FƏTULLAYEV BARƏDƏ ÇIXARILMIŞ HƏBS QƏRARINI QÜVVƏDƏ SAXLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.