ALİ MƏHKƏMƏ FƏTULLAYEV BARƏDƏ ÇIXARILMIŞ HƏBS QƏRARINI QÜVVƏDƏ SAXLADI

Bu gün (03 iyun) Ali Məhkəmədə  hakim Müzəffər Ağazadənin sədrliyi ilə "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin kassasiya şikayəti üzrə  məhkəmə prosesi keçirilib.

Məhkəmə Apellyasiya Məhkəməsinin çıxardığı qərarı dəyişmədən qüvvədə saxlayıb. Məlumatı RATİ-yə jurnalistin anası Gülşən Fətullayeva verib.
Xatırladaq ki, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 30 oktyabr 2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Mehdi Əsədovun çıxardığı qərarla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O Cinayət Məcəlləsinin 214.1 (terrorla hədələmə), 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2 (külli miqdarda gəlir əldə etməklə, vergi ödəməkdən yayınma) maddələri üzrə təqsirli bilinib. 
16 yanvar 2008-ci il tarixində Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayəti üzrə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı qərar da qüvvədə saxlanılmışdı.

Previous Post

ZAHİDİN BAYILDA YAZDIĞI KİTABIN ƏLYAZMASI QANUNSUZ OLARAQ MÜSADİRƏ EDİLİB

Next Post

BMM-İN FƏALİYYƏTİNİ DAYANDIRACAĞI İLƏ BAĞLI XƏBƏR TƏSDİQLƏNMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.