İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ÜMUMDÜNYA TƏŞKİLATI GƏNC BLOQÇULARIN HƏBSİNƏ GÖRƏ NARAHATDIR

İşgəncələr Əleyhinə Ümumdünya təşkilatının beynəlxalq katibliyi gənc bloqçular Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı verilmiş hökmdən görə dərin narahatlıq keçirir.

Təşkilat hesab edir ki, bu hökm Emin Milli və Adnan Hacızadənin müstəqil jurnalist kimi fəaliyyətinin qarşısının alınması və öz fikirlərini ifadə edən digər şəxslərin qorxudulması məqsədi güdür.
İşgəncələr Əleyhinə Ümumdünya  təşkilatı hər kəsdən xahiş edir ki, Azərbaycanda olan səlahiyyətli nümayəndələrə və səfirliklərə yazaraq, onları yerli qanunlara və beynəlxalq insan haqları standartlarına uyğun olaraq, fundamental azadlıqlara və insan haqlarına hörmət etməyə çağırsınlar.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU BƏYANAT YAYIB

Next Post

MAHAL İSMAYILOĞLUNUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.