Bu gün (21 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Redaktorlar Birliyinin növbəti toplantısı keçirildi.
Toplantında ilk olaraq “Xural” qəzetinin bölgə müxbiri Aydın Caniyev haqqında 2 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri barədə və ümumiyyətlə adı çəkilən qəzet barədə baş verən son olaylar müzakirə olunub.
Məsələ ilə bağlı məruzə edən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı A.Caniyevin Qafqaz Müsəlmanları İdarəsinin cənub regionu üzrə səlahiyyətlisi Mollaqəni Axundov və digər mollalar haqqında yazdığı kəskin məqalələrə görə şərlənərək həbs edildiyini qeyd etdi. Habelə o, Mətbuat Şurasının heç bir hüquqi əsası olmadan redaktoru olduğu qəzeti “qara siyahı”ya daxil edilməsini qəzetə qarşı davam edən təzyiq kampaniyasının tərkib hissəsi saydı.
Müzakirələrdən sonra, A.Caniyevin hüquqlarının müdafiəsi üçün vəkil ayırmağı üçün Media Hüququ İnstitutuna müraciət edilməsi, A.Caniyevlə bağlı baş verənləri yerində araşdırmaq üçün Lənkərana ezam ediləcək qrupun yaradılmağı barədə, habelə Mətbuat Şurasının “Xural” qəzeti barədə çıxardığı qərara dair rəyin əldə olunmağına dair qərar verdi.
Öz növbəsində “Yeni müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu qəzetin hüquqşünası Vaqif Hüseynin də bütün hüquqi məsələlərə görə A.Caniyenin işinə dəstək verəcəyini qeyd etdi.
Eyni azanda Redaktorlar Birliyi “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin təklifi ilə A.Caniyevin həbsinə dair RATİ-nin 20 sentyabr tarixində verdiyi bəyanata da qoşulmaq barədə qərar verdi.
Daha sonra “Gündəm xəbər” qəzeti barədə vergi yoxlamaları, qəzetin baş redaktoru və təsisçisi haqqında qondarma ittiham barədə məsələ müzakirə olundu. Qəzetin təsisçisi və baş redaktoru Şirin Cəfərli işlə bağlı vəkilləri Elçin Sadıqovun ona qarşı cinayət işi qaldıran Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sorğu verdiyini və bu sorğunun hələ cavablandırılmadığını qeyd etdi. Birlik sorğuya rəsmi cavab veriləndən sonra məsləyə baxılmağına dair qərar verdi.
Sonda “Ayna” – “Zerkalo” qəzetlərinin və Reportyorların Azadlıq və təhlükəsizlik İnstitutu əməkdaşı İdrak Abbasov və onun ailə üzvlərinin üzləşdiyi təzyiqlər, son durum barədə müzakirələr aparıldı. Jurnalist onun keçən gecə hədələnməyi, “Binəqədi” OİL əməkdaşlarının hücumu nəticəsində xəsarət alan qohumlarının müalicəsinin davam etdiyini bildirib. Redaktorlar birliyi məsələni gündəmdə saxlamaq və baş verənlərin ictimailəşdirilməsi barədə qərar verib.
Redaktorlar Birliyinin növbəti toplantısı sentyabrın 26-a saat 13.00-a təyinn olunub.