MİKLOŞ HARAŞTİ GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri  Emin Milli (Abdullayev) və  OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə  tanınmış videobloqer Adnan Hacızadənin həbsinə münasibət bildirib.

“Adnan Hacızadə və Emin Millinin xuliqanlıq ittihamı ilə əsassız həbsi Azərbaycanda söz azadlığının can verdiyinə dəlalət edir. Onlar gənc, tənqdiçi ruhlu blogçulardır və mən əminəm ki, onların günahı yoxdur. İşdə onların xuliqanlıq etmədiyini, əksinə, basqın obyekti olduğunu təsdiq edən kifayət qədər şahid var. Özlərinə qarşı basqın faktı ilə əlaqədar polisə müraciət etdikdə isə polis gəncləri həbs edib” – deyən Haraşti “Röyter” agentliyinə bildirib ki, bu, Azərbaycanda adi işdir.
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.
 
     Məlumatı  daha ətraflı oxumaq üçün bu linkə baxın:
Previous Post

AD GÜNÜNDƏ ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

Next Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİNƏ İYULUN 20-DƏ BAXILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.