ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti son günlər Azərbaycanda defamasiya ilə əlaqədar 5 jurnalistə qarşı məhkəmə hökmünün çıxarılmasını pisləyən bəyanatla çıxış edib.
O, həmçinin Xarici İşlər naziri Elmar Məmmədyarova mətbuat azadlığı ilə bağlı durumdan narahatlığını ifadə edən məktub da yazıb.
M.Haraşti bildirib ki, son illər Azərbaycanda mətbuat işçilərinin hüquqi təqib olunması güclənib. O, əlavə edib ki, ATƏT regionunda həbsdə olan jurnalistlərin sayına görə Azərbaycan liderdir. Haraşti bir daha Azərbaycan hökumətini qanunvericilikdə islahatlar aparmağa, böhtan və təhqirə dair maddələri Cinayət Məcəlləsindən çıxarmağa çağırıb.
Qeyd edək ki, 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum ediliblər. Eyni hökmlə Ramiz Tağıyev 6 ay islah işləri cəzası alıb.
Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilib.
Oktyabrın 7-də isə “Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimovun iddiasına əsasən “Fanat.az” internet saytının köşə yazarı Natiq Muxtarlı və layihə rəhbəri Zahir Əzəmət məvaciblərinin 20 faizinin tutulması ilə müvafiq olaraq 1 il, və 6 ay islah işlərinə cəlb olunması ilə cəzalandırılıblar.