GƏNCLƏR TƏŞKİLATLARI JURNALİSTLƏRİN HƏBSİNƏ ETİRAZ OLARAQ BAKININ MƏRKƏZİNDƏ AKSİYA KEÇİRDİLƏR

Dünən (22 noyabr) bir qrup gəncin – Müsavat, AXCP, ADP və OL gənclər təşkilatlarının keçirdiyi aksiyada fotomüxbir Turxan Qarışqa (Kərimov) polis tərəfindən saxlanılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna fotomüxbirin özü məlumat verib: “Polislərə media nümayəndəsi olduğumu bildirərək, vəsiqəmi göstərdikdən sonra məni sərbəst buraxdılar”.

     Qeyd edək ki, Bakının mərkəzindəki Natəvan heykəlinin qarşısından Kukla Teatrına qədər yürüşlə davam edən etiraz aksiyasında qoruyucu maskalar taxan gənclər əllərində “İqtidar virusundan qorunaq”, “Siyasi məhbuslara azadlıq” şüarları yazılmış lövhələr və həbsdə olan jurnalistlərin və bloqçuların şəkillərini tutublar.

     Ərazidə olan polislərin müdaxiləsi nəticəsində AXCP Gənclər Təşkilatının iki fəal üzvü – Ramin Qafarovla Teymur Məmmədzadə Səbayel rayon Polis İdarəsi 9-cu polis bölməsinə aparılıblar. Günün sonunda saxlanılan gənclər sərbəst buraxılıblar.
 

Previous Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ MƏSLƏHƏTÇİSİ QƏZETİN ƏMƏKDAŞININ HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİL

Next Post

BMT-NİN İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏSİ AZƏRBAYCANDA JURNALİSTLƏRƏ QARŞI ZORAKILIQLARDAN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.