“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORU 1500 MANAT CƏRİMƏ OLUNDU

Bu gün (19  avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna qarşı mülki qaydada iddiasına əsasən qərardad elan olundu.

Prosesdə iddiaçı tərəfin  nümayəndəsi Səməd Əliyev iştirak etsə də, cavabdeh tərəfdən heç bir nümayəndə iştirak etmirdi.
Hakim A. İsmayılov iddianı qismən təmin edərək, cavabdeh  F. Novruzoğlunun 1500 manat cərimə ödəməsi və “Millətim” qəzetinin növbəti sayında təkzib verərək üzr istəməsi barədə qərar çıxardı.
F.Novruzoğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, qərardan apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, hüquq müdafiəçisi Elçin Behbudov həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə məhkəməyə müraciət edərək, baş redaktorun təkzib verməsini, həmçinin 100.000 (yüz min) manat təzminat ödəməsini istəmişdi.

Previous Post

HOLLANDİYADAKI AZƏRBAYCAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Next Post

MAHAL İSMAYILOĞLU KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.