Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Strasburqa səfəri zamanı Avropa Şurasının baş katibi Terri Devislə görüşüb.
Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında informasiya texnologiyaları sahəsində əlaqələr müzakirə edilib. APA-nın məlumatına görə, Abbasov Azərbaycanın AŞ-nın “Kibercinayət haqqında” Konvensiyasına qoşulması barədə sənədi imzalayıb.