“MOSCOW TİMES” QƏZETİNİN REDAKTORU AZƏRBAYCANDA QARƏT OLUNUB

“Moscow Times” qəzetinin redaktoru, Böyük Britaniya vətəndaşı Timoti Piter Vallin Bakıda “McDonalds” kafesində olarkən naməlum şəxslər tərəfindən qarət edilib.

Lent.az saytının yaydığı məlumatda bildirilir ki, onun gödəkcəsini və mobil telefonunu oğurlayan şəxslər 18 yaşlı Bakı şəhər sakinləri Ramin Abışov və Murad Vəliyev 9-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulublar. Məlumata görə, onlar telefonu oğurladıqdan sonra satıblar. Faktla bağlı Səbayel Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Previous Post

MİRZƏ SAKİTƏ MƏXSUS DƏRMANLARI ONA VERMİRLƏR

Next Post

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ TERRİ DEVİSLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.