JURNALİST İDDİASI İLƏ BAŞLANAN MƏHKƏMƏYƏ MALİYYƏ NAZİRİ DƏ CƏLB OLUNACAQ

Bu gün (29 avqust) Səbayil rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə “Müxalifət” qəzetinin şöbə müdiri Yaşar Ağazadənin Hesablama Palatasının sədri Heydər Əsədov və “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikova qarşı vəzifəli şəxsin hərəkətsizliyindən verdiyi şikayəti üzrə məhkəmə prosesi keçirili

Bu  haqda məlumatı RATİ-yə Yaşar Ağazadə özü verib:
”Avqust ayının 19-u qaldırdığım iddia üzrə hazırlıq iclası olub. İddia ərizəsinə əlavə olaraq  Maliyyə naziri Samir Şərifovun məhkəmə prosesinə  cəlb olunmasını tələb etmişəm. Hakim Əhmədov iddianı təmin etdi və məhkəmənin vaxtını  sentyabrın 1-i saat 15:00-a təyin etdi”.
Yaşar Ağazadənin sözlərinə görə, o,  “Azəriqaz”, Maliyyə Nazirliyi  və Hesablama Palatasına informasiya sorğusu göndərib. Jurnalist Hesablama Palatasının və Maliyyə Nazirliyinin “Azəriqaz”da apardığı yoxlamanın nəticəsinə uyğun olaraq tərtib olunmuş aktın surətini istəyib. Amma adı çəkilən təşkilatlar  jurnalistə aktın surətini verməkdən imtina ediblər və iddiaya da bu səbəb olub.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ HƏBSDƏ OLAN İKİ JURNALİSTLƏ GÖRÜŞÜBLƏR

Next Post

BU GÜN MƏRHUM TELE-JURNALİST ÇİNGİZ MUSTAFAYEVİN DOĞUM GÜNÜDÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.