BU GÜN MƏRHUM TELE-JURNALİST ÇİNGİZ MUSTAFAYEVİN DOĞUM GÜNÜDÜR

Bu gün (29 avqust) mərhum tele-jurnalist Çingiz Mustafayevin doğum günüdür.

Mərhum jurnalistin doğum günü Şəhidlər Xiyabaninda məzarının anılması ilə qeyd olunub. Mərasimdə “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şirkətlər Qrupunun Yaradıcılıq Məsələləri üzrə vitse-prezidenti Mirşahin Ağayev, ANS-in kollektivi, jurnalistin qohumları və dostları iştirak ediblər.
Mərhum jurnalist haqqında xatirələr söylənib və onun ruhunun şad olması arzulanıb.
Qeyd edək ki, çaqdaş Azərbaycan mətbuatında və müstəqil Azərbaycan tele-jurnalistikasında özünəməxsus rolu olmuş Çingiz Müstafayev Dağliq Qarabağ uğrunda gedən döyüşlərdə  ön cəbhədən xəbərlər verib və çəkilişlər aparıb. Ç.Mustafayev Xocalı qətliyyamını ilk lentə alan və təzyiqlərə baxmayaraq apardığı çəkilişı ictimaiyyətə təqdim edən jurnalistdir. 
1960-cı ildə anadan olan mərhum telerepartyor 1992-ci il iyunun 15-i, Qarabağda Naxçıvanik kəndində gedən döyüşdən çəkiliş apararkən həlak oldu.
Ç.Mustafayev vəfatından sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Previous Post

JURNALİST İDDİASI İLƏ BAŞLANAN MƏHKƏMƏYƏ MALİYYƏ NAZİRİ DƏ CƏLB OLUNACAQ

Next Post

İTV-NİN ÜÇ YAŞI TAMAM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.