NAZİR ONLİNE TELEVİZİYALARI LİSENZİYALAŞDIRMAQ İSTƏYİR

Aprelin 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.

İclasda internet provayderlərinin və onlayn televiziyaların lisenziyalaşdırılması məsələsi də müzakirə olunub. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Yerli İnternet-provayderlərə lisenziya verilməsinin bərpasının mümkünlüyünə toxunan nazir bildirib ki, hazırda dünya şəbəkəsi vasitəsilə fəaliyyət göstərən On-line TV-lər, müxtəlif kommersiya strukturları yaradılır. “Onların fəaliyyəti qanuna uyğun olmalıdır və onlar müvafiq lisenziyalar almalıdır, əks halda, onların fəaliyyəti dayandırılacaq” – deyə Abbasov bildirib.
Nazirin açıqlamasına münasibət bildirən Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı bildirdi ki, Online TV-lərə lisenziya verilməsinin heç bir qanuni əsası yoxdur. Bundan ötrü qanunvericiliyə dəyişiklik edilməsinə isə heç bir əsas görmədiyini qeyd edən R. Hacılı, bunun texniki cəhətdən də mümkünsüz olduğunu vurğuladı. O həmçinin nazirin bu açıqlamasının siyasi məqsəd daşıdığını əlavə etdi.
Previous Post

DÖVLƏT QURUMLARI İLƏ MEDİA ARASINDA MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.