NAZİRİN BAŞ REDAKTORA QARŞI İDDİASI MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLDÜ

Noyabrın 13-də Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi Əlirza Həbilov və cavabdeh Əyyub Kərimov iştirak edirdi.
 
Hakim Əyyub Kərimova onun üçün dövlət hesabına vəkil təyin olunduğunu bildirdi. Lakin Əyyub Kərimov vəkildən imtina edərək hüquqlarını özü  qoruyacağını bildirdi. Daha sonra Əyyub Kərimov iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmadığını bildirərək iddianın icraata qəbul edilməsindən imtina edilməsi ilə bağlı vəsatət verdi. Hakim vəsatəti təmin etmədi və iddiani icraata götürərək prosesi 26 noyabr saat 11:30-a təyin etdi.
 

Xatırladaq ki, Daxili İşlər Naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət məcəlləsinin 147.2 -ci maddəsilə iddia qaldırıb.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ KƏSKİN AĞIRLAŞIB

Next Post

PREZİDENT ADMİNİSTRASİYASININ ŞÖBƏ MÜDİRİ ƏLİ HƏSƏNOV BLOGGERLƏRİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.