ƏFV EDİLMİŞ JURNALİSTLƏR AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİBLƏR

Media Hüququ İnstitutunun (MHİ) yaydığı məlumata görə, ötən ilin sonunda əfv fərmanı ilə azadlığa buraxılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə Avropa Məhkəməsinə şikayət ünvanlayıblar.

Qeyd edək ki, hər iki jurnalist millət vəkili Cəlal Əliyevin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin 16 may 2007-ci il qərarı ilə  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri üzrə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bu qərarın Avropa İnsan Haqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu maddəsini (ifadə azadlığı) pozduğunu əsas tutan jurnalistlər hüquqlarının pozulmasının tanınmasını, çəkdiyi xərclərin və zərərin əvəzinin ödənilməsinin təmin olunmasını Avropa Məhkəməsindən xahiş ediblər.
      Xatırladaq ki, Cəlal Əliyev “Müxalifət” qəzetinin 24 fevral 2007-ci il tarixli sayında dərc olunmuş “A.M.A.Y. – Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli məqaləsinə görə qəzeti məhkəməyə vermişdi.

Previous Post

AQİL XƏLİLƏ CANGÜDƏN AYRILIB

Next Post

HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ ÜÇÜN VAXT VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.