DİN MƏRHUM JURNALİSTİN AİLƏSİNİN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏCƏK

Daxili İşlər Nazirliyi (DİN) noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan və 4 gün sonra müalicə olunduğu xəstəxanada müəmmalı şəkildə vəfat edən yazıçı Rafiq Tağının ailəsinin təhlükəsizliyini təmin edəcək.

Mərhumun qardaşı Alim Tağıyev bir neçə gün öncə mərhum yazıçının ailəsinin təhlükəsizliyinin qorunması ilə bağlı DİN-ə müraciət etdiklərini və cavab olaraq, ailənin təhlükəsizliyi təmin ediləcəyini bildirib:

“Müraciətdən sonra təhlükəsizliyimizlə maraqlandılar. Amma hələlik əraziyə polis qoyulmayıb. Elə bir ciddi təhlükə hiss etmirik. Amma Rafiq Tağının ailəsi qorxu içərisində yaşayır”.

Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı R.Tağı axşam saatlarında işdən
evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. O yeddi bıçaq yarası ilə xəstəxanaya müraciət edib, üç gün sonra xəstəxanada qəflətən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdi.  Faktla bağlı cinayət işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.
             Xatırladaq ki, 2006-cı ilin noyabr ayında  işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.  Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Noyabrın 27-də isə İranlı Ayətullah-uzma Fazil Lənkəraninin oğlu, ayətullah şeyx Məhəmməd Lənkərani bu qətli alqışlayan bəyanat yaydı.

Previous Post

NAMƏLUM ŞƏXS JURNALİSTİ VƏ AİLƏSİNİ ÖLÜMLƏ HƏDƏLƏYİB

Next Post

“ASİ” QƏZETİNİN DƏ ÇAPINA QADAĞA QOYULDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.