“SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ” MƏRKƏZİ REFERENDUMLA BAĞLI HESABAT AÇIQLAYIB

Bu gün (12 fevral) “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDTM) keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 18 mart 2009-cu ildə keçiriləcək referenduma hazırlıq prosesinin müşahidələrinə dair aralıq hesabatını açıqlayıb.

Bu barədə RATİ-yə SMDTM-in rəhbəri Anar Məmmədli məlumat verib. Hesabatda bildirilib ki, referenduma çıxarılan bütün məsələlərin müzakirəsi keçirilməli, ictimai məlumatlandırılma aparılmalı və referendumun azad və demokratik şəraitdə təşkili təmin edilməlidir.
“Referendum ərəfəsində xarici radioların Azərbaycanın milli tezliklərində yayımı ləğv edilməklə vətəndaşların sərbəst məlumat almaq imkanları məhdudlaşıb, ölkədə söz və mətbuat azadlığı sahəsində mövcud böhran daha da dərinləşib. MSK referendum üzrə təşviqat qruplarının yaradılması qaydalarına dair təlimatında Seçki Məcəlləsində nəzərdə tutulmayan qaydalar müəyyən edib, bununla da vətəndaş qruplarının referendumda iştirak imkanlarını məhdudlaşdırıb” – deyən A.Məmmədli vurğulayıb ki, yerli müşahidəçilərin qeydiyyatı prosesinin MSK tərəfindən yubadılması, həmçinin referendum üzrə təşəbbüs qruplarının üzvlərinə təzyiqlərlə bağlı MSK-ya göndərilmiş bəzi şikayətlərin ətraflı araşdırılmaması da hesabatda əksini tapıb.
Previous Post

ABŞ RADİOLARLA BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİNƏ SAZİŞ TƏKLİF EDİB

Next Post

DÖVLƏT BÜDCƏSİNDƏN AZTV-YƏ İTV-DƏN İKİ DƏFƏ ÇOX VƏSAİT AYRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.