ABŞ RADİOLARLA BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİNƏ SAZİŞ TƏKLİF EDİB

Amerika  Birləşmiş Ştatları hökuməti  xarici radioların yerli tezliklərdə fəaliyyətinin bərpası ilə bağlı Azərbaycan hökumətinə saziş layihəsi təklif edib.

“Azadlıq” radiosunun yaydığı məlumatda bildirilir ki, ABŞ–ın Azərbaycandakı səfiri Enn Dersi bununla bağlı jurnalistlərə açıqlamasında deyib ki,  adı çəkilən saziş Azərbaycan radiolarının ABŞ-da istənilən tezliklərdə – FM, qısa və orta dalğalarda yayımlanmasının mümkünlüyü də qeyd olunub.
Sazişlə bağlı Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov  “Trend” İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, ABŞ Beynəlxalq Yayım Şurasının və BBC korporasiyasının nümayəndələri digər vasitələrlə radioların yayımını davam etdirmək istəyində problem görmürük. O vurğulayıb ki, ABŞ Yayım Şurasının nümayəndələrinin təklifləri öyrənilir.
Qeyd edək ki, ABŞ Beynəlxalq Yayım Şurasının nümayəndələri “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan FM tezliyində yayımının bərpası məsələsini müzakirə etmək məqsədi ilə Azərbaycanda səfərdədirlər.
Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan "Azadlıq", "Amerikanın səsi" və  "BBC" radiolarının yerli FM tezliyində yayımı qadağa qoyulub.
Previous Post

TATYANA ÇALADZE EYNULLA FƏTULLAYEV HAQQINDA KİTAB YAZMAĞI PLANLAŞDIRIR

Next Post

“SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ” MƏRKƏZİ REFERENDUMLA BAĞLI HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.