JURNALİSTLƏRİN CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏSİ TƏLƏB EDİLİR

Bu gün Binəqədi rayon məhkəməsinin hakimi Sevinc İsmayılovanın sədrliyi ilə “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat” qəzetinə və qəzetin Cahangir adlı müxbirinə qarşı qaldırdığı iddia əsasında keçirilməli olan məhkəmə hazırlıq iclası təxirə salınıb.

Bu haqda RATİ-yə məlumat verən iddiaçı tərəfin nümayəndəsi Şahin Hacıyev bildirdi ki, “məhkəmənin təxirə salınmasına səbəb bizim məhkəməyə yeni iddia ərizəsi təqdim etməyimiz oldu. Belə ki, yeni təqdim etdiyimiz ərizədə xüsusi ittiham qaydasında CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət işinin açılmasını tələb edirik”. Onun sözlərinə görə, hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin 25 dekabr 2007-ci il tarixli sayında dərc edilən “”Balıq Hafiz"in kürəkəni həbs olunub” başlıqlı və “Saşko Tadorovski rüşvət almaqda günahlandırılır” yarımbaşlıqlı məqaləyə görə qəzet Hacıyev tərəfindən məhkəməyə verilmişdi. İddiaçı tərəf cavabdehdən öz qəzetində yalnış və böhtan xarakterli yazıların dərc edildiyinə görə təkzib verərək üzr istəməsini, vurulmuş mənəvi zərərin əvəzi kimi 20 000 AZN məbləğində pulun ödənilməsini istəmişdi. İddia ərizəsində cavabdehlər qismində baş redaktor əvəzi Azər Ayxan və məqalənin müəllifi Cahangir adlı müxbir göstərilir.

Previous Post

HƏMMƏRUZƏÇİLƏR HƏBS EDİLMİŞ JURNALİSTLƏRLƏ GÖRÜŞƏCƏK

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN QİYMƏTİ BAHALAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.