“YENİ MÜSAVAT” QƏZETİNİN QİYMƏTİ BAHALAŞIR

yanvar 29th, 2008
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu RATİ-yə bildirib ki,  qəzetin qiyməti 40 qəpik olacaq.

Bu haqda qəti qərar artıq qəbul olunub.  Qəzetin bahalaşdırılmasının səbəbini baş redaktor belə izah edib ki, ”xərcləri çatdıra bilmirik, reklamımız yoxdur və  xeyli borclar yığılıb.  Qəzetin qiymətinin qalxması bizə  kömək ola bilər”.  Qəzetin nə vaxtdan bahalaşacağı hələlik bilinmir.