ZÖHRAB İSMAYILIN İDDİASI TƏMİN OLUNMADI

Dünən (10 mart) Nərimanov rayon məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə “Azad İqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayılın (İsmayılov)  informasiya sorğusunu cavablandırmadığına görə Təhsil nazirliyinə qarşı qaldırdığı  iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə çıxış edən  Z. İsmayıl bildirib ki, sorğuya cavab verilib, lakin bu cavab onu qane etməyib. Bu səbəbdən də məhkəməyə müraciət edib.
 Daha sonra çıxış edən təhsil nazirliyinin nümayəndəsi isə bildirib ki, sorğuya tam cavab sorğu tam əsaslandırıldıqdan sonra verilə bilər. O, qeyd edib ki, sorğuda soruşulan suallar təftiş xarakterlidir və bu suallarla bağlı yalnız  Maliyyə Nazirliyi təftiş apara bilər.
Sonda hakim S. Alıyeva “Azad İqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayılın iddiasının təmin edilmədiyi barədə qərar çıxardıb.
Xatırladaq ki, “Azad İqtisadiyyata Yardım” Mərkəzi, Təhsil Nazirliyinə məktəb binalarının təmiri və tikintisi, binaların smeta xərcləri ilə bağlı informasiya sorğusu ünvanlayıb.
Previous Post

BİR NEÇƏ SAKİN BİNALARININ YERLƏŞDİYİ ƏRAZİDƏ QEYRİ-QANUNİ TİKİNTİ İŞLƏRİNİN APARILMASINA ETİRAZ EDİ

Next Post

“GÜNDƏLİK BAKI”-NIN QALDIRDIĞI VƏSATƏT TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.