“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, KİV-ə Dövlət Dəstəyi Fondu gündəlik qəzetlərlə yanaşı, daimi dövriliyi olan, nüfuzlu həftəlik qəzetlərə də yardım ayırmalıdır. Zeynallının sözlərinə görə, elə həftəlik qəzetlər var ki, onların satışı və nüfuzu yardım alan bir çox gündəlik qəzetlərin göstəricilərindən yuxarıdır.
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili RATİ-yə bildirib ki, ötən il də rəhbərlik etdiyi qəzet yardım almayıb. “Keçən il bildirdilər ki, yalnız gündəlik qəzetlərə verilir. Artıq bir ildir ki, gündəlik dərc olunsaq da, bu il də eyni ayrıseçkiliklə qarşılaşdıq” – deyən A.Mərzili bu məsələdə KİV-ə Dövlət Dəstəyi Fondunu qınadı.
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin fikrincə KİV-ə Dövlət Dəstəyi Fondunda təmsil olunan bir çox şəxslər, imtiyazlarında istifadə edərək yardımı öz mətbu orqanlarına yönəldiblər. “Bu isə nəinki həftəlik qəzetlər, ümumilikdə Azərbaycan mətbuatına hörmətsizlik və qərəz nümunəsidir” – deyən R.Kəbirli vurğuladı ki, belə addımlar diqqətdən kənarda qalan qəzetləri daha da radikallaşdıracaq.
“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli RATİ-yə bildirib ki, yardım alan qəzetlərin 90 faizinin tirajı “Reytinq”in tirajından aşağıdır: “İstər tirajına, istərsə də ictimai rəyə təsir etmə gücünə görə bizdən olan bir çox mətbu orqanlara yardım verildiyi halda, nüfuzlu həftəlik qəzetlərin kənarda saxlanması yalnız ayrıseçkilik nümunəsidir” .
KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli isə RATİ-yə bildirib ki, Fond yardımı imkan daxilində bölüşdürüb. “Bizə ayrılan məbləğlə bütün qəzetlərə yardım etmək mümkün deyildi. Həmçinin həftəlik qəzetlərə yardım da smetada nəzərdə tutulmamışdı” – deyən V. Səfərli vurğuladı ki, gələn il üçün Maliyyə Nazirliyinə təqdim ediləcək smetada həftəlik qəzetlər də nəzərə alınacaq”.

Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondu 22 İyul – Milli Mətbuat Günü münasibətilə 8 informasiya agentliyi və 31 gündəlik qəzetin hər birinə 10 min manat məbləğində birdəfəlik maliyyə yardımı ayırmışdı.