MÜŞFİQ HÜSEYNOVUN XƏSTƏLİYİ ŞİDDƏTLƏNİB

Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun səhhəti yenə də kəskinləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalistin qardaşı oğlu Cavidan Hüseynov məlumat verib.

“Müşfiq dünən (20 dekabr) evə zəng vurub. O deyib ki, öskürərkən ağzından gələn qanın gəlməsi 3 gün kəssə də, yenidən başlayıb.  Öskürəkləri də yenidən şiddətlənib və öskürərkən ciyərindən qan gəlir. İştahasızlıq və halsızlıqdan hələ də əziyyət çəkir. Müşfiq iki aylıq müalicənin müsbət effekt verməməyindən çox narahatdır və deyib ki, qızdırması yenə də çox vaxt yuxarı olur”,  – deyə C. Hüseynov bildirdi.
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

GƏNC BLOQÇULARLA BAĞLI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT EDİLİB

Next Post

NAXÇIVAN “DEMOKRATİYA VƏ QHT-İN İNKİŞAF RESURS MƏRKƏZİ” İCTİMAİ BİRLİYİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.