QƏZET YERLƏŞDİYİ BİNADAN ÇIXARILIR

“Bakı-zaman” qəzeti yerləşdiyi binadan çıxarılır.

Bu haqda RATİ-yə məlumat verən qəzetin baş redaktoru Elnur Məhərrəmli bildirib ki, “keçən ilin dekabr ayında Açıq Cəmiyyət Partiyasının (ACP) və qəzetimizin yerləşdiyi binadan çıxarılması ilə bağlı binanın sahibi İdris Quliyev Səbayel Rayon Məhkəməsinə müraciət edib. Və məhkəmənin hakimi Fuad Hüseynov bu iddianı təmin edərək qəzetin binadan çıxarılması haqqında qərardad çıxarıb. Bu qərar mart ayının 15-də bizə təqdim olunub. Biz bu qərardan yaxın bir həftə ərzində Apellyasiya Məhkəməsinə şikayət edəcəyik”.  Baş redaktor vurğulayıb ki, “binanın ACP-yə icarəyə verilməsi haqqında İdris Quliyev və partiya arasında müqavilə var və müqavilənin bitməsinə xeyli müddətin qalmasına baxmayaraq, Quliyev həm partiyanın, həm də bizim qəzetin binadan çıxarılması ilə bağlı iddia qaldırıb”.
Xatırladaq ki, maliyyə çətinlikləri ilə əlaqədar qəzet nəşrini müvəqqəti dayandırıb.

Previous Post

MÜŞFİQ HÜSEYNOV CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Next Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI TƏXRİBATLAR DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.