ATƏT VƏ AVROPA ŞURASININ NÜMAYƏNDƏLƏRİ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

“Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynov müalicədən imtina etmək fikrindədir.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) dünən (14 iyun) jurnalistin atası ilə birlikdə ona baş çəkən  yaxın qohumu C.Hüseynov məlumat verib. “Müşfiqin səhhətindəki problemlər davam edir. Xüsusən də kürək nahiyəsində güclü ağrılar olur. Həbsxananın tibb məntəqəsindəki müalicələr effektsiz  olduğundan, o müalicədən imtina etmək istəyir” – deyən C.Hüseynov əlavə etdi ki, iyunun 11-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ATƏT-in Avropa Şurasının nümayəndələri ilə birlikdə M.Hüseynova baş çəkib.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Elçin Behbudov RATİ-yə açıqlamasında bildirdi ki, ATƏT-in və Avropa Şurasının nümayəndələrinin iştirakı ilə M.Hüseynovla görüş konfedensial keçdiyindən bu barədə əlavə məlumat vermək istəmir.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 27-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

18 QHT RƏHBƏRİ PREZİDENTƏ VƏ MİLLİ MƏCLİSƏ MÜRACİƏT İMZALAYIB

Next Post

ƏLİ HƏSƏNOV MƏTBUAT OMBUDSMANININ YARADILMASI VƏ QHT-LƏRLƏ BAĞLI QANUNA MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.