“YENİ MÜSAVAT” QƏZETİNİN ANS ŞİRKƏTİNƏ QARŞI İDDİASINA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Dünən (23 sentyabr) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin ANS şirkətinə qarşı qaldırdığı iddiaya əsasən məhkəmə hazırlıq prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Vəkilin sözlərinə görə, qarşı tərəfin nümayəndələri “Yeni Musavat” qəzetinin şirkətə qarşı qaldırdığı iddianın İqtisad Məhkəməsində baxılmalı olduğu barədə vəsatət qaldırıb. “Biz bu vəsatətə etiraz edərək bildirdik ki, tərəflər arasında heç bir iqtisadi çəkişmə yoxdur. Telekanalda və onun saytında qəzetimiz  haqqında  təhqiramiz ifadələr yer alıb. Bu ifadələr qəzetimizin işgüzar nüfuzuna ziyan vurub. Bütün bunlar işin İqtisad Məhkəməsində baxılmasında səbəb ola bilməz” – deyən V.Hüseyn bildirdi ki, hakim prosesi 29 sentyabr saat 14:00-a təyin edib.
     Xatırladaq ki,  “Yeni Müsavat” qəzetinin 27 avqust tarixli sayında  ANS telekanalının araq reklam etməsi ilə bağlı dərc olunmuş məqalə ilə bağlı təkzib verən “Yeni Müsavat” qəzeti isə bu məsələ ilə bağlı ANS-in yaydığı məlumatda qəzetə qarşı təhqiramiz və işgüzar nüfuzuna  zərbə vuran ifadələr işlətdiyini əsas gətirərək, Səbail rayon məhkəməsində iddia qaldırıb. İddiada ANS kanalının 100.000 (yüz min manat) ödəməsi istənilir.

Previous Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Next Post

SƏRHƏDSİZ REPORTYORLAR QƏNİMƏT ZAHİDLƏ BAĞLI BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.