MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİSLƏŞİB

Dünən (4 oktyabr) qardaşı oğlu Cavidan Hüseynov 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) C.Hüseynovun özü məlumat verib. Onun sözlərinə görə, M.Hüseynov saxlanma şəraitindən  narazılıq etməsə də, səhhətində müəyyən dəyişikliklərin olduğunu bildirib:
“Bir həftəyə yaxındır ki, M.Hüseynovun yüksək hərarəti var. O saxlandığı cəzaçəkmə müəssisəsində həkim nəzarəti altındadır və lazımi dərman preparatları ilə təmin olunub. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi M.Hüseynova müalicə müəssisəsinə köçürülməsini təklif etsə də, Müşfiq müalicə müəssisəsindəki şəraitin pis olduğunu, saxlandığı cəzaçəkmə müəssisəsindəki tibbi şəraitin oradakından yaxşı olduğunu bildirmişdir” – deyə, C.Hüseynov bildirdi.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

“TURAN-SERVİS” MMC-NİN APELLYASİYA ŞİKAYƏTİNƏ ƏSASƏN QƏRAR NÖVBƏTİ PROSESDƏ ELAN OLUNACAQ

Next Post

GƏNCLƏR GEDİŞ HAQLARININ ARTIRILMASINA ETİRAZ ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.