
2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov dünən axşam (21 dekabr) ailəsi ilə telefon əlaqəsi yaradıb.
Bu barədə RATİ-yə M. Hüseynovun qardaşı oğlu Cavidan Hüseynov məlumat verib.
C. Hüseynovun sözlərinə görə, M. Hüseynov səhhətinin normal olduğunu və saxlanma şəraiti ilə də bağlı hər hansı bir problemin olmadığını bildirib: “O, indi tez-tez evə zəng edə bilir, həyat yoldaşı və uşaqları ilə danışır. Habelə səhhəti normallaşıb, iynə-dərmana da ehtiyacı yoxdur. Buna görə də ailə üzvlərinin onun yanına getməsinə də ehtiyacın olmadığını bildirdi”.