MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Dünən (18 oktyabr) qardaşı oğlu Cavidan Hüseynov “Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Cavidan Hüseynovun özü məlumat verib.

Onun sözlərinə görə, jurnalist saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti etməsə də , səhhəti ilə əlaqədar problemləri olduğunu bildirib:

“Müşfiq bildirdi ki, ona “xəstəliyin infiltrativ ocaqlığın dağılma mərhələsi” diaqnozu qoyulub. 2 gündür müalicəsinə başlanılsa da, irəliləyiş yoxdur, səhhəti ağır olaraq qalır. Müşfiq öskürdüyünü, hərarətinin 38-40 dərəcə arasında olduğunu, özünü halsız hiss etdiyini və iştahasının olmadığını bildirdi. Səhhəti ilə əlaqədar olaraq çəkisini  10 kq itirib. Müşfiq onu da qeyd etdi ki, burada ona 9 (doqquz) aylıq müalicə kursu təyin olunub” – deyən C. Hüseynov qeyd etdi ki, M. Hüseynov hüquq müdafiəçiləri, xüsusilə də Elçin Behbudovla görüşmək istəyir.

Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
 

Previous Post

MİRZƏ SAKİTİN 50 YAŞI TAMAM OLDU

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.