PROKURORLUQ RATİ-NİN DÖYÜLMÜŞ MÜXBİRİNİN DƏ İZAHATINI ALDI

Bu gün (01 sentyabr) Naxçıvan Muxtar Respublikası Prokurorluğunda avqustun 27-də Babək rayonunun Nehrəm kəndində peşə fəaliyyətlərini yerinə yetirərkən bələdiyyə və  yerli icra hakimiyyəti orqanı nümayəndələri tərəfindən döyülən  jurnalistlərdən biri  – RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasovdan izahat alınıb.

Bu barədə RATİ-yə məlumat verən E.Abbasov istintaqa hadisə ilə bağlı ətraflı məlumat verdiyini qeyd etdi.
Qeyd edək ki, döyülən digər iki jurnalist -“Azadlıq və Azad Avropa” radiosunun müxbirləri – Məlahət Nəsibova və İlqar Nəsibovdan avqustun 30-da izahat alınıb.
Naxçıvan Respublika Prokurorluğundan RATİ-nin bölgə müxbirinə baş vermiş hadisə ilə bağlı araşdırmanın aparıldığını və günahkarların aşkarlanaraq cəzalandırılacağı bildirilib.
Previous Post

DAHA İKİ JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Next Post

AZƏRBAYCANDA DİNİ İNTERNET RADİO AÇILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.