DAHA İKİ JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və bu qəzetin əməkdaşı Yaşar Ağazadənin şikayəti Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Monitorinq.az saytının vəkil İntiqam Əliyevə istinadən yaydığı məlumatda bildirilir ki, jurnalistlər Avropa İnsan Haqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun və fikir ifadə etmək azadlığının pozulduğunu iddia edirlər.
Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyev “Müxalifət” qəzetinin 15 aprel 2006-cı il tarixli buraxılışında “Heyvanların vəkili kim olsun?” başlıqlı məqalədə dərc edilmiş məlumatları şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edərək, həmin qəzetin baş redaktoru və müxbirinə qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə 19 mart 2007-ci il tarixdə bu iddianı təmin edərək qəzetin 5000 AZN, eyni zamanda Rövşən Kəbirli və Yaşar Ağazadənin də hər birinin 5000 AZN cərimələnməsi və qəzetdə təkzibin verilməsini nəzərdə tutan qətnamə çıxarmışdı. Qətnamədən yuxarı instansiyalara verilən şikayətlər təmin edilmədiyindən jurnalistlər Avropa Məhkəməsinə müraciət ediblər.

Previous Post

NARDARAN SAKİNLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRMƏYƏ YER TAPA BİLMİRLƏR

Next Post

PROKURORLUQ RATİ-NİN DÖYÜLMÜŞ MÜXBİRİNİN DƏ İZAHATINI ALDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.