AZƏRBAYCANDA DİNİ İNTERNET RADİO AÇILIB

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzi (DEVAM) dini radio açıb.

“Qaynar.info” xəbər saytının məlumatına görə, bu Azərbaycanda ilk dini radiodur. Məlumata görə, müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə açılan radioya “Cümə” məscidinin imamı, DEVAM sədri Hacı İlqar İbrahimoğlu rəhbərlik edir.

Məlumatı dəqiqləşdirmək üçün radionun rəhbəri İ. İbrahimoğluna müraciət etdik. O bildirdi ki,  “deyerler.org” saytında  “İntizar” adlı internet  radiosu artıq sentyabrın 1-dən fəaliyyətdədir və texniki problemlər tam həll olunduqdan sonra radionun rəsmı açılış mərasimi keçiriləcək. Onun sözlərinə görə, bu məqsədlə düzənlənəcək təqdimat mərasimi həftənin cümə gününə qədər baş tutacaq.  

 

Previous Post

PROKURORLUQ RATİ-NİN DÖYÜLMÜŞ MÜXBİRİNİN DƏ İZAHATINI ALDI

Next Post

BİR-NEÇƏ QƏZETİN SATIŞ QİYMƏTİ BAHALAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.