NARDARAN SAKİNLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRMƏYƏ YER TAPA BİLMİRLƏR

Ata-baba mülkü olan torpaqlarının ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Esküderonun gəlini Nigar Nəzərova tərəfindən qanunsuz olaraq əllərindən alındığını iddia edən Nardaran qəsəbəsinin bir qrup sakini problemlə bağlı mətbuat konfransı keçirməyə yer tapa bilmir.

Bu barədə RATİ-yə Nardaran qəsəbəsinin şikayətçı sakinlərinin nümayəndəsi  Rasim Əlizadə məlumat verib.
“Beynəlxalq Mətbuat Mərkəzi və “Nizami” mətbuat klubunun ümumiyyətlə qapıları kilidli idi. “İnterfax-Azərbaycan” və “Ria-Novosti”nin mətbuat mərkəzlərindən isə hələ ki, müracətimizə cavab verməyiblər. “Ayna” Mətbu Evindən də  üç ildir ki,  mətbuat klublarının fəaliyyətinini dayandırdıqlarını bildirdilər”, – deyə qeyd edən R. Əlizadə mətbuat konfransını keçirmək üçün Müsavat Partiyasına da müraciət etdikərini söylədi: “Onların da konfrans zalları təmirsiz idi. Orada mətbuat konfransını keçirməyə heç bir imkan yox idi”.
R.Əlizadənin sözlərinə görə, bu gün (01 sentyabr) “Gündəlik Bakı” qəzetinin mətbuat mərkəzində mətbuat konfransı keçiriblər. Amma daha geniş bir mətbuat konfransını keçırmək üçün hazırlıq işlərini görürlər. Onun sözlərinə görə, mətbuat konfransını sentyabrın 5-də keçirməyi planlaşdırırlar, əlbəttə, əgər, bu məqsəd üçün yer tapa bilsələr.

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,115/id,1209/lang,az/

Previous Post

NAXÇIVANDA DÖYÜLƏN JURNALİSTLƏRDƏN İKİSİ PROKURORLUĞDA İZAHAT VERİB

Next Post

DAHA İKİ JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.