NAXÇIVANDA DÖYÜLƏN JURNALİSTLƏRDƏN İKİSİ PROKURORLUĞDA İZAHAT VERİB

Bu gün (30 avqust) Naxçıvan Muxtar Respublikası Prokurorluğunda avqustun 27-də Babək rayon Nehrəm kəndində peşə fəaliyyətlərini yerinə yetirərkən bələdiyyə və yerli icra hakimiyyəti orqanı nümayəndələri tərəfindən döyülən jurnalistlərdən ikisi – “Azadlıq və Azad Avropa” radiosunun müxbirləri – Məlahət Nəsibova və İlqar Nəsibovdan izahat alınıb.

İnsident zamanı döyülən RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasov isə Bakıda olduğu üçün izahat verə bilməyib. Bu barədə RATİ-yə Məlahət Nəsibova məlumat verib: “Biz hadisənin necə baş verməsi və bizə təzyiq edən şəxslər barədə istintaqa məlumat verdik”.
M.Nəsibovanın sözlərinə görə, dünən (29 avqust) aldıqları xəsarətlərlə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına müracət ediblər. Amma onları nə qəbul edən, nə də onlara tibbi yardım göstərən olmayıb: “Mənim vəziyyətin artıq yaxşılaşıb. Amma İlqar hələ də qarın və baş nayıhəsindəki ağrılardan şıkayət edir”.
Previous Post

İTV-NİN ÜÇ YAŞI TAMAM OLDU

Next Post

NARDARAN SAKİNLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRMƏYƏ YER TAPA BİLMİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.