DAHA İKİ JURNALİST MTN-DƏ İFADƏ VERİB

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov dünən (18 mart) MTN-ə çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Azər Əhmədov bildirib ki, MTN-də rəsmi olaraq “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı ifadə verib.

 “Əslində mənimlə milli dəyərlər, vətənpərvərlik, dünyəvi dəyərlər və sairə barədə söhbət etdilər”, – deyə o qeyd edib. A. Əhmədov MTN-ə saat 16.00-da dəvət edilib və o 2 saat yarımdan sonra sərbəst buraxılıb.

Bu gün (19 mart) “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu da 5 saata yaxın MTN-də olaraq Elmar Hüseynovun qətli barədə yazdığı məqalələrlə bağlı ifadə verib. Novruzoğlu dindirilmənin normal şəraitdə keçdiyini, ondan yalnız Hüseynovun qətli ilə bağlı 2005-ci ildə və bu yaxınlarda yazdığı məqalələrlə bağlı sualların soruşulduğunu bildirdi. RATİ-nin əməkdaşı ilə söhbətində F. Novruzoğlu məqalələrdə yazdığı fikirləri bir daha istintaqın diqqətinə çatdırdığını və bu fikirlərdə qaldığını dedi.

Previous Post

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ JURNALİSTLƏRİN NAZİRLİYƏ ÇAĞIRILARAQ DİNDİRİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.