AZƏRBAYCANDAKI QALMAQALA GÖRƏ “EUROVİSİON”A YENİ QAYDALAR TƏTBİQ EDİLMƏSİNƏ QƏRAR VERİLİB

Sentyabrın 11-də Osloda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə – Nəzarət Qrupu Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti müzakirə edib. Qərara gəlinib ki, müsabiqənin qaydalarını dəyişsin. Bu barədə Avropa Yayım Birliyinin (EBU) “Azadlıq” radiosuna göndərdiyi bəyanatda deyilir.

Avropa Yayım Birliyinin “Eurovision” mahnı müsabiqəsi üzrə məsul komitə – İstinad Komitəsi qərara gəlib ki, səsvermə ilə bağlı anonimliyi poza biləcək, məlumatların hər hansı şəkildə açılmasına görə iştirakçı yayım şirkəti ciddi məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi həyatına hörmət olunduğuna təminat verməyə yönəlib. Əgər bu baş verməzsə, EBU qaydanı pozan televiziyaya müvafiq sanksiya qoya bilər.

Əvvəlki qaydalara görə “Eurovision” mahnı müsabiqəsi səsverməni keçirən televiziya şirkətlərinin üzərinə səsverənlərin şəxsi həyatına hörmət etmək öhdəliyi qoymuşdu. Bununla belə EBU onlara qarşı sanksiya qoya bilmirdi, bu səbəbdən də qaydalar dəyişdirilib.

 
Xatırladaq ki, Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılması barədə mətbuata məlumat vermişdi. Həmçinin politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu da eyni səbəblə avqustun 6-da telefon vasitəsilə MTN-in Nəsimi rayon şöbəsinə çağırılmış, lakin rəsmi çağırış gəlmədiyinə görə, politoloq oğluna şöbəyə getməyə icazə verməmişdi.
 
Previous Post

BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI İSTƏYİR

Next Post

SABAH GƏNCLƏRİN VALİDEYNLƏRİNİN İDDİASINA ƏSASƏN QƏTNAMƏ ELAN OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.