YENİ TELEKANAL AÇILMASI NƏZƏRDƏ TUTULUB

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli yeni telekanalların açılması məqsədilə tender elan edilməsinin nəzərdə tutulması barədə açıqlama verib.

O, “Media forum” saytına bu gün (04 fevral) açıqlamasında regional televiziyaların inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Bu il ölkədə parlament seçkilərinin keçiriləcəyini xatırladan N.Məhərrəmli deyib ki, MTRŞ xüsusilə belə bir mərhələdə Azərbaycanın bütün bölgələrində televiziya kanallarının olmasına çalışır. “Əsas məqsədlərdən biri odur ki, parlament seçkiləri ərəfəsində təbliğat aparmaq üçün deputatlığa namizədlərin Bakıya axışıb gəlməsinə ehtiyac qalmasın” – deyən N.Məhərrəmli sonda əlavə edib ki, regional televiziyalarla bağlı tender keçirildikdən sonra ümumrespublika üzrə yeni telekanalın yaradılması məsələsinə də baxıla bilər.
Qeyd edək ki, artıq bir neçə aydır ki, mətbuatda  “Nərgiz” TV adlı yeni telekanalın açılacağı ilə bağlı informasiyalar yayılmaqdadır.

Previous Post

VALİDEYNLƏRİ GƏNC BLOQÇULARLA GÖRÜŞƏ BİLMİRLƏR

Next Post

BAKI ŞƏHƏR PROKURORLUĞU VƏ BAŞ POLİS İDARƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MƏLUMAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.