Bu gün (27 iyul) Nərimanov rayon məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevin “Texnikabank”a qarşı iddiasının təmin edilməməsi barədə qərar çıxarılıb.
Bu barədə bu gün (27 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev məlumat verib.
Baş redaktor bildirdi ki, hakimin bu qərarını ədalətsiz hesab edir və qərardan apellyasiya məhkəməsinə şikayət verəcək.
Xatırladaq ki, bir müddət öncə A.M.A.Y. və "Texnikabank" ASC arasında problemlər yaranmışdı və bununla bağlı dövri mətbuatda, o cümlədən "Unikal" qəzetində də məqalə dərc olunmuşdu. Bundan sonra "Texnikabank" ASC-nin rəhbərliyi Mətbuat Şurasına məktub ünvanlayaraq "Unikal"a qarşı bir sıra iddialar qaldırıb. Mətbuat Şurasının müşayiət məktubu ilə "Unikal" qəzetinə göndərilən həmin iddialar redaksiyada araşdırılıb və məlum olub ki, bank rəhbərliyinin şikayət ərizəsində qəzetin baş redaktoruna və kollektivinə qarşı açıq təhqirlərə yol verilib. Məhz bundan sonra "Unikal" qəzeti "Texnikabank" ASC-ni məhkəməyə vermək qərarına gələrək, iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. Təzminat olaraq qəzet rəhbərliyi “Texnikabank”dan 1 manat məbləğində pul və qəzetin kollektivindən üzr istənilməsini tələb edilir.