TELEJURNALİSTİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

İyulun 26-da Ali məhkəmədə hakim Bağır Əsədovun sədrliyi ilə telejurnalist İlhamiyyə Rzanın “Space”  Teleradio Şirkətinə qarşı apellyasiya məhkəməsinin 28 mart 2011-ci il tarixli qərarından verilən kassasiya şikayəti təmin edilməyib.

Bu barədə bu gün (27 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Anar Qasımov məlumat verib.
Vəkil bu qərardan Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə şikayət ünvanlanacağını bildirdi.
Xatırladaq ki, telejurnalist İlhamiyyə Rzayevanın “Space” Teleradio Şirkətinə qarşı “Şəxsi həyata müdaxilənin qanunsuz sayılması” iddiasına əsasən  02 dekabr 2009-cu il tarixində Yasamal rayon Məhkəməsinə müraciət edib. Yasamal rayon Məhkəməsi 18 yanvar 2010-cu il tarixli qətnaməsində iddianın təmin edilməməyi barədə qərar verib. 4 iyin 2010-cu il tarixində Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar verib.  Ali Məhkəmə 3 dekabr 2010-cu ildə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, işin təkrar apelyasiya baxışına qaytarılması barədə  qərar çıxarmışdı. 28 mart 2011-ci ildə Bakı Apellyasiya Məhkəməsi də şikayətin təmin edilməməsi barədə qərar çıxarmışdı. İddiaçı İ. Rzayeva bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.

Previous Post

“UNİKAL” QƏZETİNİN BANKA QARŞI İDDİASI TƏMİN EDİLMƏYİB

Next Post

ALİ MƏHKƏMƏNİN QARŞISINDA JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.