Dövlət ittihamçısı jurnalistə 9 il cəza istədi

398327_525389854153700_112437647_n

Mayın 12-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə   məhkəmə  prosesi keçirilib.

Məhkəmədə çıxış edən dövlət ittihamçısı Rahil İsmayılov Pərviz Həşimli və Təvəkkül Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Pərviz Həşimlinin vəkilləri Elçin Sadıqov, Bəhruz Məmmədov və Fariz Namazlı müdafiə çıxışı edərkən ittihamların saxta olduğunu, məhkəmə zamanı sübuta yetirilmədiyi üçün Pərviz Həşimliyə bəraət verilməsini istəyiblər.

Təvəkkül Qurbanovun vəkili  müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib və məhkəmə 14 may saat 17:00-a kimi təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı cəza istədikdən sonra məhkəmədə jurnalistin valideynləri ilə Təvəkkül Qurbanov arasında gərginlik yaşanıb. Hakim jurnalistin valideynləri barədə müvafiq tədbirlər görülməsi barədə göstəriş verib.

Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb.

Previous Post

Qadın Krizis Mərkəsinin rəhbəri Mətanət Əzizovanın mənzilində axtarış aparılıb

Next Post

İttiham tərəfin şahidlərinin dindirilməsi sona çatıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.