Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiası məhkəmə baxışına təyin olunub

483689_10200792687362394_917677259_n
Avqustun 1-də “Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallı saxlanıldığı  10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə bu gün (05 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
M. Zeynallının sözlərinə görə, buna səbəb Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun 2011-ci ildə “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxmaqdan imtina etməsi, iddiaçı tərəfin apellyasiya şikayəti verməsidir.
“Xural” Mətbuat Şurasının onu reket qəzet elan etməsindən narazı qalaraq məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi iddiaya baxılmama qərarını ləğv edib və iş yenidən Nərimanov məhkəməsinə göndərilib. İşə nə vaxt və hansı hakimin icraatında baxılacağı məlum deyil. Əvəz Zeynallı özünün də  məhkəmədə iştirakının təmin olunmasını xahiş edib”,-deyə jurnalistin həyat yoldaşı qeyd edib.
Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-dəhəbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. 12 mart 2013-cü il tarixində məhkəmə Əvəz Zeynallının 9 il müddətinəazadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətəqarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.
Previous Post

“Note Bone” qəzetinin baş redaktoru saxlanılıb

Next Post

Prezident seçkiləri yaxınlaşdıqca medianın repressiyası daha da güclənir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.