“NOVOYE VREMYA” QƏZETİNİN TƏSİSÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Dünən (10 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Saqi Məmmədovun sədrliyi ilə “Yeni zaman” partiyasının sədri Musa Ağayevin Ədliyyə nazirliyinə qarşı iddiasına əsasən Yasamal rayon məhkəməsinin çıxardığı qərardan verilmiş şikayət üzrə proses keçirilib. 

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə hakim Yasamal rayon məhkəməsinin qərarını qüvvədə saxlayaraq apellyasiya şikayətini təmin etməyib. Vəkil əlavə etdi ki, qərardan kassasiya şikayəti veriləcək.
   Xatırladaq ki, Azərbaycanda rus dilində dərc olunan “Novoye Vremya” qəzetinin təsisçisi Musa Ağayevin yaratdığı partiya iki ildir Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilmədiyinə görə, məhkəməyə müraciət edib və Yasamal rayon məhkəməsi 3 iyun 2009-cu il tarixində iddianı təmin etməyib.
 
Previous Post

ÖLÜM AYAĞINDA OLAN VƏTƏNDAŞ SƏHİYYƏ NAZİRLİYİNİN LAQEYD MÜNASİBƏTİNDƏN NARAZIDIR

Next Post

ƏFLATUN AMAŞOV MİKLOŞ HARAŞTİ BARƏDƏ ATƏT-Ə ŞİKAYƏT EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.